“Telekom” komandası “Gəncliy”ə qalib gələrək turnir cədvəlinin birinci pilləsinə yüksəlib
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında beşinci tur çərçivəsində bir oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində “Telekom” və “Gənclik” komandaları qarşılaşıb.

Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz “Telekom”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə “Telekom” 14 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Lokomotiv” 13 xalla ikinci, “Azərreyl” isə 10 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 655 dəfə oxundu.