Taekvondo təlimlərini uğurla başa vuran namizədlərə hakimlik dərəcələri verilib
Azərbaycan Taekvondo Federasiyasının (ATF) iş planına uyğun olaraq, hakimlərin hazırlığı məqsədilə keçirilən təlim toplanışına yekun vurulub.

Federasiyanın inzibati binasının idman zalında təşkil edilən təlimdə namizədlərə hakimlik qaydaları ilə bağlı nəzəri və praktiki dərslər keçirilib.

Təlimləri müvəffəqiyyətlə başa vuran namizədlərə müvafiq hakimlik dərəcələri verilib.

Təlim-toplanışına ATF-in hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev rəhbərlik edib.

Xəbər 831 dəfə oxundu.