Millimiz kempo döyüş növü üzrə Avropa çempionatında üç medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə kempo döyüş növü üzrə yeddinci Avropa çempionatında Azərbaycan millisi üç medal qazanıb.

Kemponun submission versiyası üzrə 75 kq çəki dərəcəsində çıxış edən Xəyal Məmmədzadə gümüş medala sahib olub.

İlham Ağaverdiyev (100 kq-dan artıq) kemponun kata versiyası üzrə veteranlar arasında ikinci, Pərviz Paşayev (95 kq) isə submission növündə üçüncü pillədə qərarlaşıb.

Xəbər 583 dəfə oxundu.