XII Respublika Spartakiadasında dama üzrə qaliblər müəyyənləşib
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə XII Respublika Spartakiadası davam edir.

Yarış orta ixtisas təhsil müəssisələri tələbələri arasında keçirilir.

XII Respublika Spartakiadasında idmanın 6 növü - atletika, şahmat, dama, voleybol, basketbol, stolüstü tennis üzrə yarışlarda qızlar və oğlanlar mübarizə aparırlar.

Spartakiadada dama üzrə qızlar və oğlanlar arasında qaliblər müəyyənləşib. Oyunlar Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında keçirilib.

Gərgin idman mübarizə şəraitində keçən yarışda qızlar arasında 7 komanda arasında birinci yeri Bakı Sənaye Pedaqoji Kolleci tutub. Bakı 2 nömrəli Baza Tibb Kolleci ikinci, Bakı İdarəetmə və Texnologiya Kollecinin komandası isə üçüncü olub.

Oğlanlar arasında keçirilən yarışın nəticələrinə görə, ilk üçlükdə Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Sənaye Pedaqoji Kolleci və Bakı Dövlət Neft Energetika Kollecinin təmsilçiləri qərarlaşıb.

Xəbər 693 dəfə oxundu.