Azərbaycan I divizionunun XIII turunun oyun cədvəlində dəyişiklik edilib
Futbol üzrə Azərbaycan I divizionunun XIII turunun oyun cədvəlində dəyişiklik edilib.

Belə ki, “Bakılı” klubu ev oyunlarını keçirdiyi stadionun dekabrın 15-dən etibarən təmir olunacağını əsas gətirərək, XIII turun “Bakı” ilə matçının vaxtının dəyişdirilməsini xahiş edib. “Bakı” klubunun da razılıq məktubunu alan PFL “Bakılı” – “Bakı” matçının əvvəlcədən nəzərdə tutulduğu 18 dekabrda deyil, 8 dekabrda oynanılmasına qərar verib.


Xəbər 646 dəfə oxundu.