Bakıda beynəlxalq seminar keçirilib
Dekabrın 3-də və 4-də Bakıda “UEFA Certificate in Football Management” tədris kursunun seminarı keçirilib.

Proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman, xüsusi ilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. Proqram UEFA və Lozanna Universitetindəki “Swiss Graduate School of Public Administration” (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.

Tədbirdə AFFA-nın, Azərbaycan klublarının və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak edib.

Xəbər 644 dəfə oxundu.