Respublika Olimpiya Mərkəzində beynəlxalq turnir keçiriləcək
Dekabrın 6-da Respublika Olimpiya Mərkəzində Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti,Ümumittifaq dərəcəli hakim, geologiya elmlər namizədi, SSRİ rekordçusu Tofiq Qarayevin 80 illiyinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Atletika Fedrasiyasının Mərbuat Xidmətinin rəhbəri Ceyhun Hüseynovdan aldığımız məlumata görə, yarışda Azərbaycan, Türkiyə, Özbəkistan və Rusiya (Dağıstan) atletləri güclərini sınayacaqlar.

Turnirdə atletika idman növünün üç növündə: qızlar - 60 m, 200 m və uzunluğa tullanma, oğlanlar isə 60 m, 400 m və uzunluğa tullanma növlərində iştirak edəcəklər.

Qaliblər şəxsi və komanda hesabında iştirak edərək medal, diplom, kubok və pul mükafatları ilə təltif olunacaqlar.

Xəbər 938 dəfə oxundu.