Avropa Qran Prisi rəsmi 2016 Formula 1 təqvimində
3 dekabr 2015-cil il tarixində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə yerləşən baş qərargahında Ümumdünya Motor-idman Şurasının iclası keçirilib. İclasda Ümumdünya Motor-idman Şurası Formula 1-ə aid idman əməliyyatlarının aparılması qaydalarında bir neçə vacib dəyişiklər edib.

Belə ki, Formula 1 mövsümünün gedişində ilk dəfə olaraq iştirakçı ölkələrin maksimal sayı 20-dən 21-ə artırılıb.

Ənənəvi Formula 1 təqviminə edilən bu əlavə bilavasitə ölkəmizin gələn il iyun ayının 19-da Formula 1 Avropa Qran Prisinə ev sahibi kimi debut etməsi ilə əlaqəlidir.

Bakı Şəhər Halqası 21 ölkə arasında sıra etibarilə səkkinizinci mərhələ olmaqla, 2016-cı il mövsümünün təqvimi aşağıdakı şəkildə təsdiq olunub:

20 mart - Avstraliya Qran Prisi (Albert Park)

03 aprel - Bəhreyn Qran Prisi (Saxir)

17 aprel - Çin Qran Prisi (Şanxay)

01 may - Rusiya Qran Prisi (Soçi)

15 may - İspaniya Qran Prisi (Barselona)

29 may - Monako Qran Prisi (Monte Karlo)

12 iyun - Kanada Qran Prisi (Monreal)

19 iyun - Avropa Qran Prisi (Bakı)*

03 iyul - Avstriya Qran Prisi (Osterrayxrinq)

10 iyul - Böyük Britaniya Qran Prisi (Silverstoun)

24 iyul - Macarıstan Qran Prisi (Hunqarorinq)

31 iyul - Almaniya Qran Prisi (Hokkenhaym)

28 avqust - Belçika Qran Prisi (Spa Frakorşamps)

04 sentyabr - İtaliya Qran Prisi (Montsa)

18 sentyabr - Sinqapur Qran Prisi (Marina Bey)

02 oktyabr - Malayziya Qran Prisi (Sepanq)

09 oktyabr - Yaponiya Qran Prisi (Suzuka)

23 oktyabr - ABŞ Qran Prisi (Ostin)**

06 noyabr - Meksika Qran Prisi (Mexiko)

13 noyabr - Braziliya Qran Prisi (San Paulu)

27 noyabr - Əbu Dabi Qran Prisi (Yas Marin)

Xəbər 639 dəfə oxundu.