UEFA prezidenti Platini FİFA-nın etika komitəsi qarşısında çıxış edəcək
Vəzifəsindən kənarlaşdırılan UEFA prezidenti Mişel Platini FİFA-nın etika komitəsi qarşısında çıxış edəcək.

Platininin dinlənilməsi 16-18 dekabr tarixinə təsadüf edəcək.

İstənilən halda, fransalı UEFA məmurun aqibəti ilə bağlı son qərara sözügedən komitənin arbitraj palatasında aydınlıq gətiriləcək. Cari ayda arbitraj palatası istintaq palatasının hesabatı əsasında onun barəsində hökm çıxarmalıdır.

Xatırladaq ki, UEFA rəhbəri korrupsiya şübhəsi ilə 90 gün müddətində məmur kimi futbol fəaliyyətindən uzaqlaşdırılıb.


Xəbər 811 dəfə oxundu.