"Neftçi" – "Zirə" oyununun biletləri satışa çıxarıldı
Topaz Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək “Neftçi” - “Zirə” oyununun biletləri bu gün satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, dekabrın 6-da “Bakcell Arena”da keçiriləcək oyun saat 16:00-da başlanacaq.

Xəbər 719 dəfə oxundu.