Hakimlərin hazırlığı məqsədi ilə seminar, təlim toplanışı keçirilib
Dekabrın 2-dən Azərbaycan Taekvondo Federasiyasının (ATF) iş planına uyğun olaraq, hakimlərin hazırlğı məqsədi ilə seminar, təlim toplanışına start verilib. Federasiyanın inzbati binasının idman zalında təşkil edilən təlimdə, namizədlərlə hakimlik qaydalarına aid nəzəri və praktiki dərslər nəzərdə tutulub.

Təlimlərə bu gün yekun vurulacaq. Seminarı müvəfəqiyyətlə başa vuran namizədlərə, müvafiq hakimlik dərəcələri veriləcəkdir.

Təlim-toplanışığına ATF-in hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev rəhbərlik edir.

Xəbər 797 dəfə oxundu.