Əsrin məşqçisi Fergüsondur
İngiltərə «Mançester Yunayted»inin baş məşqçisi Ser Aleks Fergüson 21-ci əsrin ən yaxşı futbol məşqçisi nominasiasında ən öndə gələn mütəxəssisdir. İdman.com.az saytının məlumatına görə, o, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) tərtib etdiyi reytinqə əsasən ən yaxşıdır. Şotland məşqçi bir xal fərqlə London «Arsenal»ından fransız həmkarı Arsen Vengeri qabaqlayır. 3-cü yerdə portuqaliyalı, Madrid «Real»ının sükançısı Joze Maurinyudur.

Məşqçilərin ilk onluğu belədir:
1. Aleks Fergüson (Şotlandiya) –166
2. Arsen Venger (Fransa) – 165
3. Joze Maurinyu (Portuqaliya) – 154
4. Fabio Kapello (İtaliya) – 135
5. Quus Hiddink (Niderland) – 112
6. Karlo Ançelotti (İtaliya) – 108
7. Visente Del Boske (İspaniya) – 104
8. Marselo Alberto Byelsa (Argentina) – 101
Luis Felipe Skolari (Braziliya) – 101
10. Rafael Benites (İspaniya) – 97

Xəbər 1108 dəfə oxundu.