“Neftçi” PFK-nın iki komandası turu qələbə ilə başa vurub
“Neftçi” PFK-nın iki komandası turu qələbə ilə başa vurub. U-19 komandamız U-19 liqasının IX turunda “Rəvan” klubunu 3:1 hesabı ilə məğlub edib. “Neftçi”nin heyətində Bahadur Həziyev, Pilağa Mehtiyev və Kənan Mirzəliyev fərqləniblər.

U-16 komandamız AZAL klubu üzərində 7:0 hesablı qələbə qazanıb. Fərid Mahmudovun “het-trik”ə imza atdığı oyunda digər qolları Elcan Hafizli, Yaqub Hüseynov, Şıxmirzə Mikayılov və Hüseyn Hüseynzadə vurublar.

Xəbər 775 dəfə oxundu.