Azərbaycan Kuboku, 1/8 final mərhələsinə yekun vuruldu
Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vuruldu. Bu mərhələnin sonuncu oyununda “Rəvan” I Divizion təmsilçisi “Bakı”nı məğlub edərək, adını ¼ final mərhələsinə yazdırdı.

Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): "Hava şəraitini və rəqibi nəzərə alaraq, futbolçulara tapşırıqlar vermişdim. İlk 15 dəqiqədə maksimum iş görmək lazım idi. Çünki “Bakı”nın motivasiyası bizimlə müqayisədə çox idi. Ilk hissədə tapşırıqlar yerinə yetirilmədi, belə hava şəraitində oynamaq çətindir. Bütün bunlara baxmayaraq, qələbə qazandıq, nəticədən və oyundan razıyam”.

Novruz Əzimov (“Bakı”nın baş məşqçisi): “Çox danışmağa ehtiyac yoxdu. Futbol üçün əlverişsiz olan hava şəraitində oynadıq. Məncə, futbolçular hər cür şəraitində oynamağa çalışmalıdırlar. Rəqibin heyətində vaxtilə “Bakı”ya məxsus 5 oyunçu vardı, biz Azərbaycan üçün futbolçu yetişdiririk. Oyunda vurulan yeganə qolun müəllifi Vüqar Bəybalayev də müqavilə ilə “Bakı”ya məxsusdur. Düşünürəm ki, futbolçularımız bu gün yaxşı mübarizə apardılar. Oyundan sonra “Bakı”nın prezidenti Hafiz Məmmədov ismarış göndərərək, futbolçuların oyunundan razılığını ifadə edib. Bunun özü bizim işimizə verilən qiymətdir”.

Xəbər 890 dəfə oxundu.