“Qəbələ” komandası “Mil-Muğan”ı böyük hesabla məğlub edib
Dekabrın 3-də futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində daha bir oyun keçirilib.

"Qəbələ" doğma meydanda birinci divizionda mübarizə aparan "Mil-Muğan"ı qəbul edib. İki il əvvəl olduğu kimi yenə səkkizdəbir finalda Premyer Liqa təmsilçisi qələbə qazanıb.

“Qəbələ” hələ ilk hissədə rəqibinin qapısından 5 cavabsız top keçirib. Derlis Meza Kolli matçın 5-ci, Ruslan Abışov 16-cı, Fakundo Pereyra 22-ci, Rikardinyo 43-cü, Ermin Zets isə 44-cü dəqiqəsində fərqlənib.

İkinci yarıda da “Qəbələ” Vaqif Cavadov 58-ci və Asif Məmmədovun 83-cü dəqiqələrdə vurduqları qolla matçda hesabı 7:0-a çatdırıb.

“Qəbələ”nin növbəti mərhələdə rəqibi "Zirə" komandası olacaq.

Xəbər 849 dəfə oxundu.