İlin komandası «Barsa»dır
Artıq məşhurluq statusu almış Laureus mükafatı, ötən ilin yekunlarına əsasən qaliblərini Londonda bir araya gətirib. İdman.com.az saytının məlumatına görə, mərasimə məşhur idmançılarla yanaşı, incəsənət xadimləri də qatılıblar. «İlin ən yaxşı idmançısı» adını serb tennisçi Novak Cokoviç qazanıb. «Ən yaxşı qadın idmançı» isə keniyalı atlet, 5 və 10 km-ə qaçışda tayı bərabəri olmayan Vivian Çeruyot olub «İlin komandası» nominasiyası, ötənilki kimi, İspaniya sərhədlərini tərk etməyib. Lakin keçən il bu ölkənin seçmə futbol komandası qazanmışdısa, bu dəfə «Barselona» Futbol Klubu irəli çıxıb. Ekstremal idman növlərində ən yaxşıamerikalı sörfer Kelli Sleyterdir.

4-cü dəfə fərqlənən Sleyter bu nailiyyəti ilə tennisçi Roje Federerlə bərabərləşib. Əlil idmançılar arasında cənubi afrikalı amputant-qaçışçı Oskar Pistorius ilin qəhrəmanı seçilib.
«İlin sıçrayışı» 22 yaşlı Şimali İrlandiya qolfçusu Rori Maklroydur. «İlin qaydışı» da onun həmkearı Darren Klarkdir.
İki xüsusi mükafatdan «İdmanın inkişafına naminə» - Ser Bobbi Çarltona, 1966-cı il futbol üzrə dünya çempionuna, «İdman xeyirxahlıq naminə» isə braziliyalı futbolçu Ray Souza Viveyra de Oliveyraya təqdim olunub.

Xəbər 1105 dəfə oxundu.