Futbol üzrə 2018-ci il dünya çempionatı oyunlarının başlanma vaxtı təsdiqlənib
FİFA-nın İcraiyyə Komitəsi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı oyunlarının başlanma vaxtını təsdiqləyib.

Açılış və final oyunu Moskva vaxtı ilə saat 18:00-da, bürünc medallar uğrunda görüşlər isə saat 17:00-da başlayacaq.

Qrup mərhələsinin oyunlarının saat 15:00, 18:00, 21:00 (iyunun 16-sı saat 13:00, 16:00, 19:00 və 22:00), 1/4 final oyunlarının saat 17:00 və 21:00-da, yarımfinal oyunlarının isə saat 21:00-da start götürəcəyi qərara alınıb.

Xatırladaq ki, futbol üzrə dünya çempionatının oyunları 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Final qarşılaşması Moskva şəhərindəki “Lujniki” stadionunda oynanılacaq.

Xəbər 667 dəfə oxundu.