Mini futbol turnirinin püşk atma mərasimi keçirilib
Noyabrın 28-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 9-cu mikrorayon gəncləri arasında keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Mini futbol turnirinin püşk atma mərasimi keçirilib.

Püşk atma mərasimində Binəqədi rayon Gənclər və idman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadəvə 9-cu mikrorayon Gənclər Təşkilatının sədri Tural Əliyeviştirak ediblər.

Natiqlər öz çıxışlarında yarış iştirakçılarını salamlamış, gənc nəslin zərərli vərdişlərdən çəkinməsi, onların asudə vaxtlarının səmərəli təşkilində idmanın, o cümlədən futbolun böyük əhəmiyyəti olduğunu xüsusi olaraq vurğulayıblar. Onlar son illər respublikada futbol idman növünün maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsi kimi bir çox məktəblərin və məhəllələrin ərazisində süni ot örtüyü ilə döşənmiş mini-futbol meydançalarının yüksək səviyyədə tikilib istifadəyə verilməsini bildiriblər.

Sonra püşk atma mərasiminə start verilib. Püşk atmanın nəticələrinə görə birinci mərhələdə Araz-Çempion, Gənclər Birliyi-Qarabağ, Qələbə-Qırmızı şeytanlar, Topçular-Qara qartallar komandaları ilə mübarizə aparacaqları müəyyənləşib.

Xəbər 777 dəfə oxundu.