“Böyük dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib
Dekabrın 4-də Tokioda start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Yarışda 100 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxacaq təmsilçilərimiz Elmar Qasımov yaponiyalı Aaron Volf, Elxan Məmmədov isə braziliyalı Lyuçiano Korrea ilə qarşılaşacaqlar.

Qeyd edək ki, cüdoçularımız çıxışı dekabrın 6-na nəzərdə tutulub.

Xəbər 684 dəfə oxundu.