"Neftçi" növbəti mərhələyə 8:0 hesablı qələbə ilə yüksəldi
“Neftçi” bu mövsüm Azərbaycan kubokunda ilk oyununu keçirib. Komandamız 1/8 final mərhələsində “Qaradağ Lökbatan” klubu ilə qarşılaşıb. “Neftçi” 8:0 hesabı ilə qalib gəlməklə növbəti mərhələyə yüksəlib. Qolları Kaue da Silva (5-ci dəqiqə), Rəhman Hacıyev (19-cu dəqiqə), Elşən Abdullayev (32-ci və 62-ci dəqiqələr), Ruslan Qurbanov (34-cü və 52-ci dəqiqələr), Cavid İmamverdiyev (36-cı dəqiqə) və Məhəmməd Qurbanov (83-cü dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 1/4 final mərhələsində “Xəzər Lənkəran” klubu ilə qarşılaşacaq. İlk oyun martın 2-də səfərdə, cavab matçı isə ayın 9-da evdə baş tutacaq.

Xəbər 847 dəfə oxundu.