Azərbaycan Kuboku, “Qarabağ” yoluna davam edir
Azərbaycan Kubokunun sonuncu qalibi “Qarabağ” cari yarışın 1/8 final mərhələsində I Divizion klubu “Şəmkir”ə 2-0 hesabı ilə qalib gələrək, yoluna davam etdi.

Kamran Əlibabayev (“Şəmkir”in baş məşqçisi): “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edir, onlara uğurlar arzu edirəm. Futbolçularımdan narazı deyiləm. Bizim ilk hissədə qol vurmaq üçün şanslarımız oldu, amma bunlardan istifadə edə bilmədik”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Şəmkir”lə görüşdən sonra düşündüm ki, biz I Diviziona daha çox diqqət ayırmalıyıq. Açığı, rəqibin oyununa baxmışdıq, onları təhlil etmişik. Amma istənilən halda futbolçuları belə bir oyuna kökləmək çətindir. Hesab edirəm ki, “Şəmkir” bizə çox çətinlik yaratdı. Bütün bunlara baxmayaraq, qələbə qazandıq, bu münasibətlə futbolçuları və azarkeşləri təbrik edirəm. Sıx qrafikimiz var, həm çempionat, həm də avrokubok matçına hazırlaşmalıyıq. “Şəmkir”lə görüşün bizim üçün faydası çox oldu”.

Xəbər 613 dəfə oxundu.