Sabirabad Olimpiya İdman Kompleksi
Yaradılış tarixi: 26 sentyabr, 2008-ci il

Ərazi: 5.00 hektar

Sabirabad Olimpiya İdman Kompleksi 1 iyun 2009-cu ildən fəaliyyət göstərir.

Kompleksin ərazisi 5.00 hektardır. Kompleksdə 432 nəfər tamaşaçı tutumu olan universal zal, üzgüçülük hovuzu, güləş zalı, fitnes zalı, 25 yerlik akt zalı mövcuddur.

Bunlardan əlavə kompleksdə 35 nəfərlik yeməkxana, minifutbol meydançası, voleybol meydançası da mövcuddur.

Sabirabad Olimpiya İdman Kompleksinin ərazisində 14 otaqlı 28 yataq yeri olan mehmanxana və hər biri dörd çarpayılıq kottec vardır.

Ünvan: Sabirabad r. Qalaqayın kəndi

İndeks: 5400

Şəhər: Sabirabad

Telefon: 0508205445

E-mail: sabirabadoikmmc@mail.ru

Xəbər 10248 dəfə oxundu.