“Mersedes”in təmsilçisi Luis Hamilton ilin pilotu seçilib
“Mersedes”in pilotu Luis Hamilton “Formula-1” komandalarının rəhbərləri tərəfindən keçirilən səsvermənin qalib olub.

Bu barədə “Autosport” nəşri məlumat yayıb.

“Formula-1” komandalarının rəhbərləri mövsümün 10 ən yaxşı pilotunu gizli səsvermə yolu ilə seçiblər. Burada yarışlar zamanı tətbiq edilən xal sistemindən istifadə edilib.

L.Hamilton 229 xal yığmaqla Sebastyan Fetteli (“Ferrari”) 49 xal qabaqlayıb. Üçüncü yeri böyük fərqlə “Mersedes”in pilotu Niko Rosberq tutub. Onun aktivində 113 xal var.

Xəbər 638 dəfə oxundu.