Azərbaycan Kuboku, “Turan Tovuz” – “İnter” oyununda 4 qol vuruldu
Azərbaycan Kubokunun 1/8 final mərhələsində I Divizion klubu “Turan Tovuz”u məğlub edən “İnter” yoluna davam etdi.

Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Qələbəyə görə çox şadam, amma bizim üçün ağır oyun oldu. Yaxşı ki qələbə qazandıq. Bu oyundan sonra “Qarabağ”ı düşünməyə başlayırıq. Heyətlə bağlı problemlərimiz var. Bütün bunlara baxmayaraq, növbəti görüşləri düşünməliyik”.

Nizami Sadıqov (“Turan Tovuz”un baş məşqçisi): “Komandalar arasında fərq böyükdür. Çatışmazlıqlarımız var. Bütün bunlar elita klubları ilə oyunda daha aşkar görünür. Biz bu gün mübarizə aparsaq da, səhvlərimiz vardı. Onları aradan qaldırmağa çalışacağıq”.

Xəbər 673 dəfə oxundu.