Aliyə Qarayeva “Miss Valentina”ya qatılacaq
Estoniyanın Tartu şəhərində Müqəddəs Valentin Günü münasibətilə “Miss Valentina” bədii gimnastika turniri keçiriləcək. İdman.com.az saytının məlumatına görə, bu il turnirdə əvvəlki illərə nisbətən daha çox – 29 ölkədən 1000-ə yaxın gimnast iştirak edəcək.

Fevralın 10-12-də İdman evində keçiriləcək turnirdə dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı, Azərbaycan idmançısı Aliyə Qarayeva da mübarizə aparacaq.

“Miss Valentina” müsabiqəsi Tartuda 18-ci dəfədir təşkil olunur. İlk beynəlxalq turnir 1995-ci ildə keçirilib. O zaman turnirdə yalnız Estoniya, Latviya və Finlandiya idmançıları iştirak ediblər.

Xəbər 1174 dəfə oxundu.