“Rapid”-“Dinamo” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Əliyar Ağayev “Rapid” (Avstriya) – “Dinamo” (Minsk, Belarus) matçının baş hakimi olacaq.

Ona həmyerliləri Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcəklər.

Qarşılaşmanın dördüncü hakimi isə Mübariz Haşımov olacaq.

Qeyd edək ki, “Rapid”-“Dinamo” futbol oyunu dekabrın 10-da Vyanadakı “Ernst Happel” stadionunda keçiriləcək.

Xəbər 817 dəfə oxundu.