Stolüstü tennis üzrə 26-cı ənənəvi açıq turnir keçiriləcək
Dekabrın 3-dən 6-dək Finlandiyanın Lohiya Kisakalleo şəhərində kişilər və qadınlar arasında stolüstü tennis üzrə 26-cı ənənəvi açıq turnir keçiriləcək.

Yarışda ölkəmizi Cəfər Cəfərzadə, Xəyal Həşimli, Denq Simenq, Zou Çuyi, Məryəm İmanova, Nəzakət Qarayevadan ibarət yığma komanda təmsil edəcək.

Baş məşqçilər Aleksandr Zudov və Leşek Kuxarskinin rəhbərliyi ilə mübarizə aparacaq idmançılarımız dekabrın 8-də Vətənə qayıdacaqlar.

Xəbər 928 dəfə oxundu.