Mavritaniya Super Kubokunun finalında indiyə kimi görünməmiş hadisə baş verib
Futbol üzrə Mavritaniya Super Kubokunun finalında indiyə kimi görünməmiş hadisə baş verib.

Ölkə prezidenti Məhəmməd Əbdül Əziz "Tevraq-Zeyna" və "Ksar" komandaları arasında keçirilən oyunu 63-cü dəqiqədə dayandırıb.

Matçı tribunadan izləyən Mavritaniya dövlət rəhbəri hesab edib ki, 1:1 hesabı ilə davam edən Super Kubok oyunu çox darıxdırıcı məcrada keçir. O, bu səbəbdən komandalara birbaşa on bir metrlik cərimə zərbələrini yerinə yetirməyə göstəriş verib.

Nəticədə "Tevraq-Zeyna" penaltilərin öhdəsindən daha dəqiq gəlməklə kuboka sahib çıxıb.

Xəbər 780 dəfə oxundu.