Taekvondoçularımızın İsveç sınağı
Azərbaycan taekvondoçuları səfərə hazırlaşırlar. İdman.com.az saytının xəbərinə görə, fevralın 11-12-də İsveçdə keçiriləcək XXI «Trelleborq open» turnirində ölkəmizin şərəfini 22 idmançı qoruyacaq.

Avropa Taekvondo Birliyinin «A» kateqoriyalı turnirində komandamızı ustalar arasında Mikayıl Əliyev, Vüsal Məmmədov (hər ikisi 54 kq), Habil Səttarov (58 kq), Ramik Nəzərov (63 kq), Xosrov Əhmədov (74 kq), Fərid Tağızadə (87 kq), Şahrun Yusifova (49 kq), Aygül Abdullayeva və Fərqanə Qurbanova (hər ikisi 53 kq) təmsil edəcəklər.

Məşqçilər gənclərdən ibarət heyətə isə Babək Əjdərli, Kənan Tağıyev (hər ikisi 45 kq), Ruslan Abbasov (48 kq), Elmar Bədəlli (51 kq), Ayxan Tağızadə (55 kq), Pərvin Əliyev (59 kq), Nicat Əliyev (68 kq), Vladislav Subbotin (73 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq), Zümrüd Məlikova (42 kq), Nərminə Məmmədova (44 kq) və Təranə Məmmədovanı (46 kq) daxil ediblər.

İsveçə yollanacaq heyətə məşqçilərdən koreyalı mütəxəssis Con Conqbay, gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Gündüz Abdullayev və yeniyetmələrdən ibarət yığmamızı çalışdıran Məmməd Abdullayev rəhbərlik edəcəklər.
Qeyd edək ki, fevralın 9-da səfərə yola düşəcək komandamız Vətənə ayın 13-də dönəcək.

Xəbər 1215 dəfə oxundu.