Xətai rayonunda qalib komanda üzvlərinə mükafatlar təqdim olunub
Xətai rayonu 245 nömrəli tam orta məktəbdə payız çağırışına həsr olunan “Vətənin müdafiəsinə hazıram” devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı çempionatında birinci yeri tutan komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə idarənin baş məsləhətçisi Salman Əbdülov, Xətai rayonu 245 nömrəli tam orta məktəbin direktoru Ülviyyə İsmayılova, BŞGİBİ-nin aparıcı məsləhətçisi Cəlil Əlizadə, Xətai rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Xalid Məmmədov, qalib komandanın üzvləri iştirak ediblər.

Çıxış edənlər tədbirin çağırışaqədər və çağırışyaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu vurğulayıb, komanda üzvlərinə müvəffəqiyyətlər arzulayıblar.

Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 590 dəfə oxundu.