Güllə atıcılığı üzrə Bakı şəhər XI açıq turniri keçirilib
Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər XI açıq turniri keçirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Atıcılıq Mərkəzində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər XI açıq turnir keçirilib. Turnirdə Azərbaycan, İran və Rusiya komandalarının idmançıları mübarizə aparıblar.

Nəticələrə görə qadınlar arasında PT-3 hərəkəti üzrə I yerə Vdovina Darya (Rusiya), II yerə Karimova Yuliya (Rusiya), III yerə Suşko Anna (Rusiya), PTÇ-2 hərəkəti üzrə I yerə Həricani İlham (İRİ), II yerə Nəsirova Nigar (Neftçi İKİB), III yerə Qasımova Zərifə (Neftçi İKİB), kişilər arasında PT-4 hərəkəti üzrə I yerə Kamenskiy Sergey (Rusiya), II yerə Qriqoryan Kirill (Rusiya), III yerə Konkov Andrey (Rusiya), PTÇ-3 hərəkəti üzrə I yerə Lunyov Ruslan (Neftçi İKİB), II yerə Məəmədov Rəsul (Neftçi İKİB), III yerə Aslanov Elvin (Neftçi İKİB), KÇTÇ-4 hərəkəti üzrə I yerə Məmmədov Rəsul (neftçi İKİB), II yerə Lunyov Ruslan (Neftçi İKİB), III yerə Aslanov Elvin (Neftçi İKİB) yerlərə layiq görülüblər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 602 dəfə oxundu.