«Bu hücumları qola çevirə bilmədik»
Topaz Premyer Liqasının XIV turunun “Qəbələ” - “Rəvan” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

“Oyun barədə nə deyə bilərəm? Nəticədən narazıyam. Biz bu oyunda qalib gəlmək istəyirdik. Hücumlarımızın sonluğunu gətirə bilmirdik. Top bizdə çox olurdu, çox hücumlar edirdik, ancaq bu hücumları qola çevirə bilmədik. Bu bizim çatışmazlığımız kimi qalır. Bu səbəbdən xeyli xallar itiririk”.

Xəbər 728 dəfə oxundu.