939 gündən sonra
“Neftçi” “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub. Ardıcıl 9 qarşılaşmada rəqibini məğlub edə bilməyən “ağ-qaralar” Topaz Premyer Liqasının XIV turunun görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bakılılar sonuncu dəfə 2012/13 mövsümünün IV dövrəsində Ağdam klubuna qalib gəlmişdi. 2013-cü il mayın 4-də səfərdə 2:1 hesabı ilə qələbə qazanan “Neftçi” növbəti uğurunu 939 gün gözləməli olub. Bu müddətdə keçirilən 9 qarşılaşmadan 5-də “Qarabağ” qalib gəlib, 4-də heç-heçə qeydə alınıb. 939 gün əvvəl səfərdə 3 xal əldə edən “Neftçi” “Qarabağ”la oyunlarda son ev qələbəsini 1309 gün əvvəl - 2012-ci il aprelin 29-da qazanmışdı. 2:1 hesablı həmin uğurdan sonra “ağ-qaralar” öz meydanında cəmi 1 xal əldə etmişdi.

Qeyd edək ki, “Neftçi” ilə oyunlarda 3-cü dəfə 9 oyunluq məğlubiyyətsizlik yaşayan “Qarabağ” bu dəfə də uduzmasaydı, bakılıların antirkordu təkrarlanacaqdı. Belə ki, “ağ-qaralar”ın eyni rəqiblə qarşılaşmalardakı ən uzun qələbəsiz oyunlar seriyası 10-a bərabərdir.

Xəbər 666 dəfə oxundu.