Fateh Kavlak: Hədəf 3 xaldır | |
"Qəbələ" doğma məkanda "Kəpəz" matçı hazırlıqlarını davam etdirir. İdman.com.az xəbər verir ki, komandanın baş məşqçisi Fateh Kavlak son durum və Antalya toplanışının yekunları barədə açıqlamalasında, ilin ilk rəsmi matçında hədəfin yalnız 3 xal olduğunu bildirib: “Toplanışımız çox yararlı keçdi. İstədiklərimizi ala bildik. Fiziki və taktiki planda komandanı istədiyimiz həddə çatdırdıq. Yeni transferlər də heyətə tam uyğunlaşdılar. Antalyada keçirdiyimiz son oyunlarda “Qəbələ”nin start 11-liyini demək olar ki, müəyyənləşdirdik. Qarşıdakı günlərdə futbolçuların durumuna görə start heyəti dəqiqləşdirəcəyik. Bizi qarşıda çətin oyunlar gözləyir. Hazırda isə fikrimizi “Kəpəz” matçına yönəltmişik. Tək hədəfimiz 3 xal qazanmaqdır”. |
|
Xəbər 1198 dəfə oxundu. |
|
|