Fuad Alxan oğlu Aslanov - BÜRÜNC MEDAL
Fuad Alxan oğlu Aslanov 1976-cı ildə Sumqayıt şəhərində anadan olub.
Boksla 1987-cı ildən məşğul olmağa başlayıb. Azərbaycan cempionatı və kuboku yarışlarında 11 dəfə qalib olub. Dəfələrlə beynəlxalq turnirlərin qalib və mükafatçısı olub.

2004-cü ildə Afinada keçirilmiş XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Hazırda Fuad Aslanov boks üzrə beynəlxalq dərəcəli hakim kimi ölkəmizi dünya və Avropa çempionatlarında layiqincə təmsil edir. Birinci Avropa Oyunlarının boks yarışlarının hakimi olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Əməkdar idman ustasıdır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbər 2627 dəfə oxundu.