Cüdo üzrə Şuşa rayon birinciliyində 252 idmançı mübarizə aparıb
Hövsan Olimpiya İdman Kompleksində Şuşa rayon gənclər və idman idarəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı Gənclər Birliyinin və Şuşa Rayon Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

Yarışda 19 klubu təmsil edən 252 idmançı mübarizə aparıb.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa rayon təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Nadir Bayramov, YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Yapon Hacıyev və digərləri çıxış edərək ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonda qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 803 dəfə oxundu.