Bakı şəhərində 2 yeni süni örtüklü meydança istifadəyə verilib
Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq təmənnasız şəkildə uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir. Növbəti süni örtüklü meydançalar Bakı şəhəri, Nizami rayonunun ərazisində - Rüstəm Rüstəmov küçəsi 66 və Elçin Süleymanov küçəsi 112 ünvanında inşa olunaraq istifadəyə verilib.

Xəbər 709 dəfə oxundu.