Stolüstü tennis üzrə ilk “Federasiya kuboku” Top-8 yarışına start verilib
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə noyabrın 30-da “Şüa” idman-sağlamlıq kompleksində ilk “Federasiya kuboku” Top-8 yarışına start verilib.

Tədbirin məqsədi stolüstü tennisin təbliği, reytinq xarakteri daşıyan yarışlarda federasiya tərəfindən dəvət olunmuş 8 oğlan və qız idmançı arasında ən güclülərin müəyyənləşdirilməsidir.

Turnir beynəlxalq stolüstü tennis qaydalarına uyğun olaraq şəxsi formatda keçirilir.

Qalib idmançılara federasiyanın diplomları və mükafatları təqdim olunacaq.

Yarışlara dekabrın 1-də yekun vurulacaq.

Xəbər 763 dəfə oxundu.