Əli bin əl-Hüseyn: İctimaiyyətin FİFA büdcəsindən xəbəri olmalıdır
FİFA prezidentliyinə seçkilər yaxınlaşdıqca, namizədlər də qarşıda görüləcək işlər barədə açıqlama verirlər.

Əli bin əl-Hüseyn seçildiyi təqdirdə qurumun büdcəsini açıq elan edəcəyini deyib. İordaniya şahzadəsinin sözlərinə görə, şəffaflıq sözdə yox, əməldə icra edilməlidir.

“Ali qurumun postuna layiq görülsəm, təcili olaraq büdcənın şəffaf nəzarətini təmin edəcəm. Qənaətimə görə, büdcə ictimaiyyətin üzünə açıq elan edilməlidir. Bunu bilmək onların da haqqıdır. Maaş və maliyyə şəffaflığı müsbət haldır”- deyə İordaniya şahzadəsi bildirib.

Xəbər 746 dəfə oxundu.