Rəhman Hacıyev: "Bu qələbə bizə lazım idi"
“Neftçi” PFK-nın futbolçusu Rəhman Hacıyev Topaz Premyer Liqasının XIV turunun “Qarabağ”la klubu ilə oyunundan sonra fikirlərini bildirib. Yeganə qolun müəllifi olan yarımmüdafiəçimiz qələbəni belə şərh edib:

“Qarabağ”la oyuna qələbə üçün çıxmışdıq. Bu xallar bizə lazım idi. Şükür Allaha ki, buna nail olduq. Komanda yoldaşlarıma, rəhbərliyə, bizə dəstək olan hər kəsə “çox sağ ol” deyirəm. Bizə dəstək oldular, biz də meydana çıxaraq əziyyət çəkib qələbə qazandıq. Qol vurduğum üçün də çox sevinirəm. Amma artıq bu oyun geridə qaldı, gələn oyuna hazırlaşacağıq”.

Xəbər 804 dəfə oxundu.