Stolüstü tennisçimiz Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub
Sankt-Peterburqda Nikolay Nikitinin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında açıq turnirdə Azərbaycan idmançısı ikinci yeri tutub.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, şəxsi formatda keçirilmiş yarışda Rusiya, Belarus, Qazaxıstan, Estoniya, Türkiyə, Ukrayna və Ermənistan idmançıları da mübarizə aparıblar.

Yığma komandamızın üzvü Zou Çuyi yarımfinalda rusiyalı güclü idmançı Yelizaveta Abramyanı 3:1 hesabı ilə məğlub edib. İdmançımız final qarşılaşmasında Rusiyanın daha bir təcrübəli tennisçisi Nataliya Malinina ilə üz-üzə gəlib. Birinci görüşdə 1:0 hesabı ilə qalib gələn tennisçimiz ayağından zədə aldığı üçün sonrakı oyunda tam qüvvəsi ilə mübarizə apara bilməyərək ikinci yerlə kifayətlənməli olub.

Xəbər 685 dəfə oxundu.