Qadın güləşçilərimizdən bir gümüş medal | |
Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır. İkinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz yarışı 1 gümüş medalla tamamlayıb. Qadın güləşçilərimizdən Nataliya Sinişin (55 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Çin təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Yığma komandamızın üzvlərindən Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq) və Səbirə Əliyeva (75 kq) bürünc medal görüşünə çıxıb. Ancaq onların heç biri fəxri kürsüdə yer ala bilməyib. Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb. 48 kq Bürünc medal görüşü Miho İqraşi (JPN) - Şəfəq Muradzadə 12:0 Təsəlliveri görüş Şəfəq Muradzadə - Mareka Şidoçi (JPN) 7:2 1/8 final Valentina İslamova (RUS) - Şəfəq Muradzadə 10:0 53 kq Bürünc medal görüşü Odunaku Adekauoreye (NGR) - Anjela Doroqan 10:0 1/2 final Helen Marolin (USA) - Anjela Doroqan 9:0 1/4 final Anjela Doroqan - Angelia Arquello (VEN) 4:3 1/8 final Anjela Doroqan - Merve Kelger (TUR) 12:2 Solmaz Həşimzadə - Jildiz Yeşimova (KAZ) 2:10 55 kq Final Liu Hui (CHN) - Natalya Sinişin 6:1 Bürünc medal görüşü Hikari Suqavara (JPN) - Alyona Kolesnik 2:1 Təsəlliverici görüş Almaz İsmayılova - Hikari Suqavara (JPN) 0:10 1/2 final Alyona Kolesnik - Natalya Sinişin 1:4 1/4 final Natalya Şinişin - Hikari Sugavara (JPN) 5:3 Tetyana Kit (UKR) - Alyona Kolesnik 0:6 1/8 final Almaz İsmayılova - Natalya Sinişin 0:11 Carlene Sluberski (USA) - Alyona Kolesnik 4:5 58 kq 1/4 final Yuliya Ratkeviç - Aiym Abdildina (KAZ) 0:3 1/8 final Yuliya Ratkeviç - Tiina Vaimonpaa (FİN) 10:0 60 kq 1/8 final İrina Netreba - Yukako Kavai (JPN) 5:11 63 kq Bürünc medal görüşü Elmira Qəmbərova - Anastasiya Grigoriyeva (LAT) 3:6 Təsəlliveri görüş Enkbayar Tsevegmid (MGL) - Elmira Qəmbərova 1:2 1/4 final Valeriya Lazinskaya (RUS) - Raqnetta Qurbanzadə 8:4 Taybe Yusein (BUL) - Elmira Qəmbərova 11:1 1/8 final Soronzonbold Battsetgen (MGL) - Raqnetta Qurbanzadə 8:11 Elmira Qəmbərova - Xi Luo Zudma (CHN) 1*:1 1/16 final Yekaterina Larionova (KAZ) - Raqnetta Qurbanzadə 2:2* 69 kq 1/4 final Gözəl Zutova - Rio Vatari (JPN) 4:14 1/8 final Elis Manolova - Gözəl Zutova 2:3 75 kq Bürünc medal görüşü Səbirə Əliyeva - Yekaterina Bukina (RUS) 0:11 1/4 final Jou Qian (CHN) - Səbirə Əliyeva 10:3 |
|
Xəbər 834 dəfə oxundu. |
|
|