Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib
Polşada keçirilən boks üzrə gənclər arasında Avropa çempionatında finalçılar məlum olub.

İki boksçumuz həlledici döyüşdə iştirak hüququ əldə edib. Ruslan Rüstəmov (49 kq) yarımfinalda ermənistanlı Alen Danielyanı məğlub edib - 3:0. İdmançımız finalda irlandiyalı Stefen Makkennay ilə qarşılaşacaq.

İsmayıl Hüseynov (69 kq) isə yarımfinalda polşalı Sebastyan Viktorzak üzərində qələbə qazanıb - 3:0. O, qızıl medal uğrunda görüşdə irlandiyalı Maykl Nevinlə üz-üzə gələcək.

Xəbər 795 dəfə oxundu.