Topaz Premyer Liqası, “Zirə” növbəti qələbəsini qazandı
Topaz Premyer Liqasının XIV turunda “Xəzər Lənkəran”ı məğlub edən “Zirə” 3-cü pilləyə yüksəldi.

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Oyun istədiyimiz kimi alınmadı. Məğlub olmaq istəməzdik, nəticəyə görə təəssüflənirik. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacağıq. Mən əvəzedici heyətdə 90 dəqiqə meydançada olan futbolçunu bu gün yenə oyuna buraxmaq məcburiyyətində idim.
Artıq Premyer Liqada 14-cü tur geridə qalır. İndiyə kimi hakimlik barədə danışmamışam. Bu gün isə hakimlik xoşuma gəlmədi. Sanki, hakim meydançada özünü itirmişdi. Epizodlar zamanı düzgün qərarlar vermədi, belə olmaz. Hakimlikdən çox narazı qaldım. Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi”.

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Çətin bir oyunda qələbə qazandıq. Buna görə çox şadam. Futbolda daim qələbə qazanılması mümkün deyil. “Rəvan”a məğlubiyyətdən sonra bilirdik ki, çətin bir görüşə çıxırıq. Sevinirəm ki, psixoloji gərginliyi aradan qaldırıb, qələbə qazandıq”.

Xəbər 700 dəfə oxundu.