AZAL komandası “Sumqayıt”ı iki cavabsız qolla məğlub edib
Noyabrın 28-də Topaz Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.

Sonuncu pilləyə düşmək təhlükəsindən uzaqlaşmaq istəyən AZAL komandası “Sumqayıt”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda ev sahibi komandanın aşkar üstünlüyü hiss edilib. AZAL “Sumqayıt”a iki cavabsız qolla qalib gəlib - 2:0.

Oyunun 20-ci dəqiqəsində Murad Səttarlı komandasını hesabda irəli çıxarıb. AZAL-ın ikinci qolunun müəllifi Ruslan Nəsirli isə qarşılaşmanın 84-cü dəqiqəsində adını tabloya yazdırıb.

Beləliklə, paytaxt təmsilçisi dörd oyunluq qələbə həsrətinə son qoyaraq xallarının sayını 12-ə yüksəldib. Turnir cədvəlində 9-cu sırada olan AZAL-ın mövqeyi dəyişməyib. “Sumqayıt” isə eyni xalla 7-ci yerdə qərarlaşıb.

Xəbər 731 dəfə oxundu.