Azərbaycanın paralimpiyaçı cüdoçuları Avropa çempionatında iki qızıl medal qazanıblar
Portuqaliyanın Odivellas şəhərində cüdo üzrə açıq Avropa çempionatına start verilib.

“Rio-2016” Paralimpiya Oyunlarına reytinq xalı verən sonuncu yarış olan çempionatda Azərbaycan idmançısı İlham Zəkiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa birinciliyinin altıqat qalibi olub.

Çempionatın birinci günündə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdoçularından Ramin İbrahimov (60 kq), Bayram Mustafayev (66 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100) mübarizəyə qoşulublar.

Yarışın ilk günü idmançılarımız üçün uğurlu olub. Bayram Mustafayev və İlham Zəkiyev çempionatın qızıl medalını qazanıblar. Ramin İbrahimov ikinci, Kənan Abdullaxanlı isə üçüncü yeri tutub.

B.Mustafayev “Rio-2016” lisenziyanı daha əvvəl təmin edib. İ.Zəkiyev, R.İbrahimov və K.Abdullaxanlı isə lisenziyanı bu turnirdə qazanıblar.

Xəbər 725 dəfə oxundu.