“Qızıl Qran-pri” turnirinin ikinci günündə qadın güləşçilər mübarizə aparırlar
Bakı İdman Sarayında keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin ikinci günündə - noyabrın 28-də 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində qadın idmançılar arasında qaliblər müəyyənləşəcək.

Bu çəki dərəcələrində Azərbaycanın idman şərəfini 13 güləşçi qoruyur. Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan, Solmaz Həşimzadə (hər ikisi 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (hamısı 55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə, Elmira Qəmbərova (hər ikisi 63 kq), Elis Manolova, Gözəl Zutova (hər ikisi 69 kq) və Səbirə Əliyeva (75 kq) turnirdə qüvvələrini sınayırlar.

Yarışın ilk günündə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.

Xəbər 654 dəfə oxundu.