Ukraynadan 7 medalla
Ukraynanın Krivoy-Roq şəhərində keçirilmiş güləş üzrə yeniyetmə qızlar arasında beynəlxalq turnirə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandası böyük məşqçi Rövşən Süleymanov və çalışdırıcı Mətanət Süleymanovanın rəhbərliyi ilə 10 güləşçi ilə mübarizə aparıb.

117 güləşçinin iştirak etdiyi turnirdə yeniyetmə qızlarımız ümumilikdə 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Komandamızın heyətində ən yüksək nəticəyə Sahilə Ələkbərova (40 kq) yiyələnib.

Gümüş medalları yığmamıza Pavliv Hanna (44 kq), Kolesnik Alyona (56 kq) və Korin Darya (70 kq) qazandırıblar. Arzu Əliyeva (46 kq), Almaz İsmayılova (52 kq) və Raqnetta Qurbanzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə çıxıblar.
Qeyd edək ki, yığmamız turnirdən əvvəl Krivoy-Roqda təlim-məşq toplanışı keçib.

Xəbər 1077 dəfə oxundu.