Milli Paralimpiya Komitəsinin idmançısı Avropa çempionatında öz gücünü sınayacaq
Bu gün Macarıstanın Eger şəhərində keçirilən lisenziya xarakterli Açıq Avropa çempionatında 107 kq çəki dərəcəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançısı, dünya rekordçusu Elşən Hüseynov öz gücünü sınayacaq.

Yarışın ilk günündə 65 kq çəki dərəcəsində çıxış edən idmançımız Əhməd Razm Azar bürünc, yarışın ikinci günüdə isə 88 kq çəki dərəcəsində Gündüz İsmayılov qızıl medala sahib olmuşdu.

Xəbər 687 dəfə oxundu.