Milli komandamızın voleybolçusu 5 xal qazandı
Qadın voleybolçular arasında İtaliya «A» seriyasında XIII turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin üzvü Kseniya Kovalenkonun şərəfini qoruduğu «Kariparma» evdə «Villa Kortese»ni qəbul edib.

Oyun Avropa Çempionlar Liqasının iştirakçısı olan qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0 (25:14, 26:24, 25:15). Həmyerlimiz matçda komandasına 5 xal qazandırıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra aktivində 16 xalı olan «Kariparma» 1 pillə geriləyərək, 8-ci yerə düşüb.

Xəbər 1129 dəfə oxundu.